Low Cost Hosting | Free Web Space | Dedicated Hosting | Windows Hosting | FrontPage Web Hosting | Business Hosting
cheap web hosting
Search the Web


 

QAZ

 

 Update : 13.04.2004





Açıq kodlar
1. C,C++ & Visual C++
Explorer
Calculator
String tipi
Ədəddən sözə
2.Borland Paskal
İntegrallar
Ədəddən sözə
Bayraq
Toplama
Qauss metodu

Nərmin xanımın elmi əsərləri... Bəzi heyvanlar, quşlar və digər maraqlı məlumatlar haqqında,

  1.Qazlar
  2.Milçək
  3.Çəyirtgə

  4.Rəqəmlər haqqında

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QAZLARN MÖCÜZƏLİ UÇUŞU

  Çox insanlar qarşısındakı insanın bacarıqsızlığını görəndə ona “qazsan” deyir. Görəsən qazlar  həqiqətənmi bacariqsizdi? Bəlkə insanların qaz haqqında bilikləri azdı? Məncə siz bizim haqqımızda heçnə bilmirsiz.

 Bizim “V” şəklində uçduğumuzu görmüsüz yəqin. Alimlərin nəticəlrini ortaya qoysaq mənə elə gəlirki biz qazlar sizin ağılsızliq kitabından cıxacağıq və sizdən üstün olan cəhətlərimizlə sizə nece örnək olacağımızı aydin görəcəksiz.

Möhtəşəm uçuşumuzdan alınan nəticələr.:

Nəticə 1 – “V” şəklində uçuş zamanı hər quş qanad çırparaq, arxadan uçub gəlmək istəyən quş üçün hava axını meydana gətirirki, asanlıqla uça bilsin. Bu cür uçuş onların ayrılıqda uçaraq qət etdikləri məsafəni dahada tez yəni, yarıya endirəcək qədər tez çatırlar. Ancaq siz insanlar bilməlisizki, bir yerə toplaşan insanlar təklikdə olan insanlarla müqayisədə çatmaq istədikləri hədəfə daha tez çatırlar.

Nəticə 2 – Hər hansı qaz “V” şəklindəki uçuş vəziyyətindən çıxıb, qrupdan ayrılanda uçmaq ona çətin gəlir. Ona görə hava axını kənarında qaldığını görüb geri dönür. Deməli ağlınız bizim qədər işləyirsə sizinlə eyni tərəfə gedən insanlarla bilik və bacarığınızı bölüşərsiz.

 Nəticə 3 – Sürünün başında gedən qaz, digər qazların meydana gətirdiyi hava axınından kənarda qaldığı üçün yorulan kimi yerini dəyişir. Beləliklə bir-birimizi əvəzləmə üsulu ilə istədiyimiz məkana yorulmadan çatırıq. Siz insanlar isə bir dəfə liderlik taxtına oturan kimi ordan düşmək istəmirsiz.

Nəticə 4 – Bizdə bir quş yavaş gedəndə digər quşlar ona surətini artırmaq üçün ona nəzarət edir. Beləliklə hamı bir-birinə səflərini xatırladır, səflərini düzəltməyə kömək edir. Görəsən siz insanlar bir-birinizin səfini başa salırsiz?

Nəticə 5 – Qrupda hərhansı bir quş xəstələnsə və ya ovlamaq istəyənlər tərəfindən gülləyə tuş gəlsə, iki qaz ayrılıb onun yanına gedər. Təkrar uça bilənə qədər yanında qalırlar. Yada ölsə, son nəfəsini verənə qədər yanından getməzlər. Sonra başqa qrup tapıb ona qoşuluşb uçurlar. Heç bir qaz qrupu onlara birləşib getmək istəyən qazı geri çekməzlər. Görəsən siz insanlar qazlar qeder vəfalı və qonaqpərvər cəmiyyətdə yaşayırsız.

Bizi alçaltsazda bizidən istifadə etməyi yaxşı bilirsiz. Qida vasitəsi olduğumuz kimi başqa cürdə istifadə etməyi yaxşı bacarırsız.  Fransa ildə 900 tona qədər qaz ciyəri istehsal etsədə onlara lazım olanı istehsal edəcək qədər bacara bilmirlər. Yumurtalarımı demirəm hələ. Tüklərimi de xüsusi şampunlarla yuylub yastıq düzəltmək üçün istifadə edirsiz. Hətda bizi bir-birimizə döyüşdürüb ləzzət alırsız. Ən çox Rusyada döyüş qazları yetişdirilir.

Biz adətən iri və ağ və boz tüklü, ayaqları pərdəli quş cinsinə mənsubuq. Yaxşı üzmə qabiliyyətimiz var. Dimdik və qanadımı düşmanlarıma qarşı silah kimi istifadə edirəm. Erkək və dişi cinslərimiz çox oxşasada erkəklər dişilərə nisbətən iri olur. Əsas qidamız otdu. Bəzi qidalanma kaprizlərimizdə var. Çünki bizim hisslərimiz çox həssasdı. Otlamaqdan gələndə əgər bir gün bizim üçün yem səpilməsə, həmin gün otlamağa çıxanda orda qalırıq gəlmirik. Balalarimiz 30-40- günden sonra yumurtadan çıxır. Balaca sarı tükləri olur. 3-4 ay içərisində isə uçur.

Buda mən. Gedim otlamağa. Ama unutmayın məni yeməsəz ləzzətimi bilməssiz. Ancaq ləzzətimi hiss eliyəndə mənim gözəl cəhətimi unutmayınki örnek olsun sizə............

 

Müəllif :    Nermin xanım


 

 

 

 




 

Diqqətinizə çatdırım 
ki,
“System Info”  həmçinin www.azersoft.com  saytında Açıq  kod nümunələri bölməsində də yerləşdirilmışdir... .  


 

Qarabağın dilbər guşələrindən olan Cəbrayıl rayonunda işğal altında qalmış tarixi və mədəniyyət abidələrinin bəzilərinin şəkilləri və ətraflı məlumatlar ... www.cebrayil.20m.com


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 








 

 

 

 

 














 


















Bakı @ 2003

http://www.avazov.20m.com   avazov@yahoo.com   avazov@bakinter.net

Vüqar  Əvəzov